Aşağı təzyiqi olanlar üçün Tezbazar


Digərləri 29 Sen 2018 23:32:00 252 0

Aşağı təzyiqi olanlar üçün  Tezbazar

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

Lakin təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

Son.az medicina.az-a istinadən belə vəziyyətdə ev şəraitində istifadə edə biləcəyiniz vasitələri təqdim edir.

- Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

- Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.

- Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.