Nəsimi şeir məclisində Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı olub FOTO


Digərləri 29 Sen 2018 22:38:00 346 0

Nəsimi şeir məclisində Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı olub   FOTO

Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində Xəzər Poeziya Birliyi tərəfindən Nəsimi şeir məclisi təşkil edilib.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Spasibo" və "Molçaniye" kitablarının təqdimatı olub.

Poeziya məclisində iştirak edən Leyla Əliyeva kitablarından bir neçə şeir oxuyub.

Məclisdə gənc şairlər Nəsiminin təsiri ilə yazdıqları şeirlərini səsləndiriblər. Nicat Nəsri, Zaur Rəxşan, Tahirə Bərrar, Rüstəm Tofiq və başqalarının şeirləri böyük şairin sanki ruhu ilə mənəvi körpü yaradıb.


Xəbərə aid fotolar