Damaq xəstəlikləri onkoloji riski artırır –


Digərləri 29 Sen 2018 22:25:00 662 0

Damaq xəstəlikləri onkoloji riski artırır –

Onkoloji xəstəliklərin bu qədər yayılmasını araşdıran elmi işlərin sayı artır. Daha bir araşdırma sübut edib ki, damaq, ağız boşluğu xəstəlikləri qida borusu, mədə, süd vəzisi, mədəaltı vəz, udlaq xərçəngi riskini artırır və bağlıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, damaq xəstəlikləri adı altında çox sayda simptomlar daxildir. Bunlar iltihab, iltihabi destruktiv patologiyadır. Araşdırmada diqqət parodontit - damağın iltihabına yönəlib. Bu zaman diş sümüyü formasında dəyişiklik olur, damaq cibləri yaranır və burda iltihabi proseslər başlayır. Artıq parodondit ilə prostatit arasında əlaqə təsbit olunub.

Əhalinin 60 yaşdan sonra daha çox əziyyət çəkdiyi parodondit bakterial xəstəlikdir. Bu prosesdə bir çox daxili orqanların xəstəlikləri, qadınlarda fizioloji proseslər rol oynayır.