Şizofreniya haqqında


Digərləri 29 Sen 2018 21:50:00 239 0

Şizofreniya haqqında

Birinci yanlış fikir : Şizofreniya nadir xəstəlikdir.

Fakt : Bəzi dövlətlərdə buna daha tez, bəzilrində isə daha az rast gəlinir.Alimlər hələdə onun yaranma səbəbini axtarib tapa bilmir.Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar.

İkinci yanlış fikir:şizofreniyanın yaranma səbəbinin uşağlığda olan pis rəftarla əlaqələndirilməsidir.

Fakt : İnsanda şizofreniyanın yaranmasına tərbiyyə,ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir.Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz.Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.

Üçüncü yanlış fikir: ruhi-əsəb xəstəliklərinin yolxucu olmasıdır.

Fakt : Ruhi-əsəb xəstəliklər keçici deyil,yəni xəstəlik tənəffüs yolu ilə keçmir və siz xəstəylə yaxın təmasda olsanız belə yoluxma ehtimalınız yoxdur.

Dördüncü yanlış fikir : şizofreniya irsi xəsətlikdir.

Fakt : Əslində sizin ailənizdə bu xəstəlikdən əziyyət çəkən olubsa bu hələ o demək deyil ki, siz və ya sizin uşağlarınızdan hansısa bu xəstəliyin daşıyıcısı olacaq.Şizofreniya diaqnozu qoyulmuş qadın sağlam uşaq dünyaya gətirə bilər.Yadda saxlamaq lazımdır ki,irsilik burda xərçəng və şəkərli diabet xəstəliyində faiz nisbilə eynidir.Yəni hər iki valdeyin xəstəlikdən əziyyət çəkirsə uşağın xəstələnmə riski 50%, ancaq valdeyinlərdən birinin xəstə olması halında isə 25% ola bilər.

Beşinci yanlış fikir : şizofreniyadan tam sağalma metodunun olmasıdır.

Fakt : Çox təssüf ki, müasir müalicə metodları hələdə sona qədər bu xəstəlikdən azad etməyə imkan vermir.Lakin müasir dərman preparatlarının sayəsində xəstəliyin simptomlarını azaltmağa, xəstənin və onun yaxınlarının həyatını yaxşılaştırmağa imkan verir.

Altıncı yanlış fikir : şizofreniyalı xəstələrin aqressiv olmalarıdır.

Fakt : Belə xəstələr əsasən aqressiv olmur.Bir çox xəstələr əksinə sakit və təkliyə meyilli olur. Əgər müqayisə aparsaq görərik ki, belə xəstələrin arasında aqressiya sağlam insanlar arasında olan aqressiyadan say etibarı ilə çox deyil.

Yeddinci yanlış fikir : şizofreniyanın pis hərəkətlərin nəticəsində yaranmasıdır.

Fakt : Hər hansı insanın bu xəstəlikdən əziyyət çəkməsi,ətrafdakilara əsas vermir ki,onun keçmişdə pis hərəkətlər etməsinin nəticəsidir.Əgər ailədə kimdəsə şizofreniya aşkar olunubsa bu utanc mənbəyi deyil.Bu xəstəlikdən əziyyət çəkmək elə şəkərli diabet,mədə xorası və digər xroniki xəstəlikdən əziyyət çəkməkdən heç nə ilə fərqlənmir.

Səkkizinci yanlış fikir : bu xəstələrin ruhən zəif olmasıdır.