Dırnaq formasına görə


Digərləri 29 Sen 2018 21:20:00 264 0

Dırnaq formasına görə

İsti yay günlərini geridə qoyduq. Qarşıdan gələn payız fəslinin özünə xas meyvə və tərəvəzləri var.

Bu tərəvəzlər arasında ən faydalı olanları təqdim edirik.

Kərəvəz özünə xas ətri və dadı ilə az kalorili qidalar arasında birincidir. K vitamini ilə zəngindir. Pəhriz saxlayanların sevimlisi olan kərəvəzin 100 qramı sadəcə 16 kaloridir.

Kələm yaşlanmanı əngəlləyəcək mineral olaraq qəbul edilən seleniumla zəngindir. Dəriyə gözəllik verir. Mədə və qida borusu xərçəngi riskini azaldır. Kələmdə olan U vitamini mədə və bağırsaqların iç toxumasını qoruyur və oralardakı yaraların sağalmasına kömək edir.

Qara kələm kalsium, dəmir, potasium, C vitamini baxımından zəngindir. Kükürd tərkiblidir. Çiy yemək, ya sıxaraq suyunu içmək daha faydalı olar. Qan azlığını yox edir, sidik qovucudur. Mədə və bağırsaq yaralarını yumşaldır. Qandakı şəkər miqdarını aşağı salır. Bədəni xəstəliklər və xərçəngə qarşı qoruyur. Sarılıq, öd kisəsi xəstəliklərinə çox faydalıdır. Astma, revmatizmə qarşı faydalı olub,  səs qısıqlığını yox edir, iştahanı açır.

Balqabaq. 100 qr balqabaq gündəlik fol turşusu ehtiyacının dörddə birini qarşılayır. Qaynadılmış balqabağın tərkibindəki karoten maddəsi təsirli antioksidandır. Potasiumla zəngindir.

Kök A, B1, B2 vitaminləri və lif qaynağıdır. Enerji verir. Qaraciyərin öd ifrazı və xolesterolu nizamlamasına kömək edir. Su tərkibi bol olduğu üçün şəkər xəstələri rahatlıqla yeyə bilər. Mədə və bağırsaq narahatlıqlarına müsbət təsir edir. Bişirildikdən sonra içindəki maddələr çox qısa bir müddətdə toksik maddələrə çevrilə bildiyi üçün dərhal yeyilməlidir.