Gözəlliyinizi bu cür qoruyun


Digərləri 29 Sen 2018 20:55:00 209 0

Gözəlliyinizi bu cür qoruyun

Makiyajsız gözək görünmək, bütün qadınların xəyalı və  ən çox istədiyi şeydir. Ancaq yaş 35-i keçdisə, bu iş bir az çətinləşir. Ya genetik olaraq sağlam cild toxuması olmalıdır, ya da yaxşı bir qulluq.

17 yaşında makiyaja başlamısınzsa, dəri təmizliyinə də o yaşdan başlayın. Heç vaxt yatağa dərinizi təmizləmədən girməyin. Təmiz cildin üzərinə edilən makijay özü belə gözəl görünür. Dərinizin təmiz olması ilə yanaşı nəmləndirilməsi də vacibir. Gecə- gündüz nəmləndiricilərini ayrı istifadə edin.

Gün boyu xarici təsirlərdən üz məsamələrimiz tıxana bilər. Txanmış bir cild heç vaxt nəfəs almaz və özünü yeniləyə bilməz.

Nizamlı qidalanın

Bədən üçün əhəmiyyətli olan hər qidadan kifayət qədər yeməliyik. Xüsusən də dəri sağlamlığını qorumaq üçün yağsız süd məhsulları, az yağlı ət məhsulları, yumurta və protein qaynaqlarını kifayət qədər və düzgün şəkildə qəbul etməlisiz. Su içmək dərinin nəmlənməsinə və yumşalmasına kömək edir, həm də bədənimiz toksinlərdən təmizlənmiş olar.