Ağcabədidə ailə faciəsi Ata öldü,


Digərləri 29 Sen 2018 20:56:00 219 0

Ağcabədidə ailə faciəsi  Ata öldü,

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

"Belarus" markalı traktorla "VAZ-2107" markalı avtomobil toqquşması nəticəsində minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.