Həyatımda ilk dəfədir belə festivalda iştirak edirəm


Digərləri 29 Sen 2018 19:22:00 335 0

Həyatımda ilk dəfədir belə festivalda iştirak edirəm

Azərbaycanda yeni fəaliyyətə başlamışam. Paytaxt Bakını az da olsa tanıyıram. Səfirlikdə çalışanlar üçün regionlarla, oradakı insanlarla tanış olmaq çox vacibdir. Zaqatalada keçirilən beynəlxalq festivalda iştirakla bağlı dəvəti alanda fikirləşdik ki, bu, bizim üçün çox gözəl şans, imkandır. Böyük məmnuniyyətlə dəvəti qəbul etdik və festivala qatıldıq. Bu regionu yaxından tanımaq üçün bundan yaxşı fürsət ola bilərmi?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Norveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue deyib.