Pol Makkartni uşaqlar üçün kitab yazıb


Digərləri 29 Sen 2018 19:19:00 269 0

Pol Makkartni uşaqlar üçün kitab yazıb

Britaniyalı musiqiçi və "The Beatles" rok-qrupunun yaradıcılarından biri Pol Makkartni uşaqlar üçün "Hey Grandude" adlı kitab yazıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəkilləri uşaq rəssamı Ketrin Derst tərəfindən çəkilən kitabda Grandude adlı qoca sehrbazın və 4 nəvəsinin macəralarından bəhs olunur.

Makkartni kitabın adını öz həyatından bir səhnə ilə izah edir. Belə ki, onun 8 nəvəsindən biri ingilis dilində "Ey, baba dostum!" mənasını verən "Hey Grandude" ifadəsi ilə musiqiçinin diqqətini cəlb etməyə çalışıb.