Azərbaycanda peyklərin idarə edilməsini yerli mütəxəssislər


Digərləri 29 Sen 2018 19:06:00 277 0

Azərbaycanda peyklərin idarə edilməsini yerli mütəxəssislər

Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ildən-ilə öz xidmətlərini daha da təkmilləşdirib, fəaliyyətə başladığı qısa dövr ərzində bu sahədə xeyli uğurlar əldə edib. Hökumət və korporativ müştərilərin tələblərinə cavab verən, eləcə də özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edən "Azərkosmos" bu uğurlara yüksək ixtisaslı, peşəkar heyət və texniki imkanlarla nail olub. Bu gün "Azərkosmos"un işçi heyətinin hamısı yerli, böyük bir qismi isə gənc mütəxəssislərdən ibarətdir və onlar ildən-ilə öz ixtisaslarını daha da təkmilləşdirirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda yeni inkişaf etməkdə olan peyk xidmətləri bu gün ən qabaqcıl və perspektivli sahələrdən hesab edilir. Bu sahə yeni yaranmasına baxmayaraq, "Azərkosmos" ASC artıq kifayət qədər savadlı yerli kadrları bu ixtisaslar üzrə təkmilləşdirib.

"Azərkosmos" ASC-nin sədr müavini Dunay Bədirxanovun sözlərinə görə, yerli universitetlərdə təhsil alan tələbələrin bu sahəni öyrənmələri üçün bütün şərait yaradılıb. Burada işləyən gənc kadrların bilik və bacarıqlarını inkişaf etdirmək üçün onlar mütəmadi olaraq beynəlxalq təlimlərə cəlb olunur.


Xəbərə aid video