Azərbaycanda qızıl hasilatı artır VİDEO


Digərləri 29 Sen 2018 19:08:00 252 0

Azərbaycanda qızıl hasilatı artır  VİDEO

Sentyabrın 28-də "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Daşkəsəndə Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, media-tur zamanı jurnalistlər filiz sahələrində partlayışdan başlayaraq son məhsulun istehsalına kimi bütün prosesi müşahidə ediblər. Mədəndə istehsalat prosesi dağ-mədən kəşfiyyat işlərindən başlayır. Çöl-tədqiqat işləri zamanı əldə edilən süxur nümunələri geokimyəvi analiz üçün beynəlxalq laboratoriyaya göndərilir. Kəşfiyyat işlərində həm geofiziki, həm də buruq-qazma üsullarından istifadə edilir. Geofiziki işlərdə ən müasir texnoloji avadanlıqlar istifadə edilir və alınmış nəticələr xüsusi proqram təminatlı alqoritmlərin tədbiqi ilə tədqiq olunur. Bu il Çovdar yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 quyunun qazılması tamamlanıb, götürülmüş sınaqlar beynəlxalq sertifikata malik "Intertek" şirkətində laborator analizdən keçirilib, alınmış müsbət nəticələr sulfid filizlərinin ehtiyatlarını nəzərəçarpacaq dərəcədə artıraraq yatağın istismarının iqtisadi səmərəliliyini yüksəldəcək. Bu ilin 28 sentyabr tarixinədək 33 min unsiya qızıl və 55 min unsiya gümüş ixrac olunub və ölkə iqtisadiyyatı 73 milyon manatdan artıq gəlir əldə edib. "AzerGold" QSC ilin sonuna kimi 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da 2017-ci ilin göstəricilərindən 33% çoxdur.


Xəbərə aid video