Amerikalı alimlər qonşu qalaktikada yadplanetli axtarışına çıxdılar


Digərləri 29 Sen 2018 18:44:00 288 0

Amerikalı alimlər qonşu qalaktikada yadplanetli axtarışına çıxdılar

Amerikalı planetoloqlar Dumanlı Andromeda qalaktikasında yadplanetli sivilizasiya axtarışına start veriblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, alimlər qalaktikanın ulduzlarındakı süni partlayışları müşahidə edirlər.

"Biz ehtimal edirik ki, Kainatda inkişaf səviyyəsinə görə bizdən heç də geri qalmayan sivilizasiyalar var. Onlar bizim həmkarımız Filip Lubin kimi çox güclü lazerlər kəşf ediblər və onun köməyi ilə digər sivilizasiyalara mövcud olduqlarını sübut edirlər. Əgər bu lazer uzun müddət fəaliyyət göstərsə, bizim sistem onu tapacaq", -deyə Kaliforniya universitetinin alimi Endryu Stüart bildirib.