Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib


Digərləri 29 Sen 2018 16:20:00 172 0

Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran şəhər rayon Polis şöbəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 32 nəfəri şəxsən dinləyən nazir R.Usubov onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.