DİN Şəkidə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb


Digərləri 29 Sen 2018 15:04:00 283 0

DİN Şəkidə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb

Şəki rayonunun İncə kəndi ərazisində yol qəzası hadisəsi olub.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 28-də saat 14 radələrində Şəki rayonunun İncə kəndi ərazisində Şahmir Qalayçıyev idarə etdiyi "Chevrolet" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişini, arvadı Lali Qalayçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.