Sürücüsüz məktəbli avtobusu sınanır


Digərləri 29 Sen 2018 08:51:00 243 0

Sürücüsüz məktəbli avtobusu sınanır

"Transdev" şirkəti ABŞ-ın Florida ştatının Bebkok-Renç şəhərində sürücüsüz məktəbli avtobusunu istifadəyə verib.

Son.az ICTnews-a istinadən bildirir ki, avtobus məhdud ərazi üzrə hərəkət edəcək və müəyyənləşdirilmiş yerlərdə dayanacaq. Sınaq dövrü ərzində salonda təkcə uşaqlar deyil, eyni zamanda hərəkətin təhlükəsizliyini izləyəcək şirkətin mühəndisi olacaq.

Məlumata görə, nəqliyyat vasitəsi texniki baxımdan saatda 48 km sürətlə hərəkət edəcək, lakin pilot layihəsində onun sürəti 13 km/saatadək məhdudlaşdırılıb. Gələcəkdə şirkət avtobusun fəaliyyət zonasını genişləndirməyi və onu istənilən evə çağırmaq məqsədilə smartfonlar üçün proqram yaratmağı planlaşdırır.