Nəhənglər istifadəçi məlumatlarını bölüşəcəklər


Digərləri 29 Sen 2018 08:25:00 202 0

Nəhənglər istifadəçi məlumatlarını bölüşəcəklər

"Adobe", "Microsoft" və "SAP" informasiya texnologiyaları şirkətləri "Ignite 2018" konfransı zamanı "Open Data Initiative" adlı alyansın yaradılması ilə bağlı razılığa gəliblər.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkətlərin bəyanatına görə, alyansın məqsədi məlumat mübadiləsində maneələrin aradan qaldırılması və istifadəçilər barədə vahid təsəvvürün yaradılmasıdır. Yeni layihə çərçivəsində ümumi model əsasında "Adobe Experience Cloud" və "Adobe Experience Platform", "Microsoft Dynamics 365", eləcə də "SAP C/4HANA" və "S/4HANA" platformaları arasında məlumat mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Model "Azure" "bulud"unda ümumi məlumat servisindən istifadəyə imkan verəcək. Bunun sayəsində alyans iştirakçıları istənilən texnoloji vasitələrin köməyi ilə mobil proqramlar yarada biləcəklər.

Məlumata görə, mayın 25-də Avropa İttifaqında fərdi məlumatların mühafizəsi qaydalarının (General Data Privacy Regulations - GDPR) qüvvəyə minməsi istifadəçilərin razılığı ilə təqdim edilən  məlumatlardan istifadə üçün xərcləri xeyli artırıb. Yeni şəraitdə birbaşa marketinq internetdə istifadəçilərin davranışının izlənilməsindən asılı olan reklam ekosistemindən daha sərfəli görünür.