Nəsimi festivalı çərçivəsində “Cosmic Love” qrupu konsert proqramı ilə çıxış edib FOTO


Digərləri 29 Sen 2018 07:06:00 306 0

Nəsimi festivalı çərçivəsində “Cosmic Love” qrupu konsert proqramı ilə çıxış edib   FOTO

Ölkəmizdə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində növbəti konsert proqramı sentyabrın 28-də Bakıdakı "Beearif" restoranında reallaşıb.

Musiqili gecədə Rusiyanın məşhur "Cosmic Love" qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib. Gecədə kollektivin repertuarında ümumbəşəri sevgi və mənəvi oyanış mövzularına həsr olunan mahnılar dinlənilib. Möhtəşəm ifa nümayiş etdirən qrup konsertdə öz vokal imkanlarını təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Həmçinin qrup universal musiqi üslubunu səfərbər edərək gecəyə rəngarənglik qatıb. Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.


Xəbərə aid fotolar