Ovçuluq təsərrüfatında 33 partlamamış hərbi sursat tapılıb


Digərləri 29 Sen 2018 02:35:22 244 0

Ovçuluq təsərrüfatında 33  partlamamış hərbi sursat tapılıb

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatında 33 ədəd partlamamış hərbi sursat tapılıb.

Bakı. Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatında 33 ədəd partlamamış hərbi sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 01 Sentyabr tarixində saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə bu gün də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 33 ədəd partlamamış hərbi sursat və 1 ədəd korroziyaya uğramış və təkrar istifadəyə yararsız vəziyyətdə RPK-74 avtomatı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.