Almanların əksəriyyəti Merkelin kansler postunu vaxtından əvvəl tərk edəcəyini düşünür


Dünya 29 Sen 2018 00:02:00 254 0

Almanların əksəriyyəti Merkelin kansler postunu vaxtından əvvəl tərk edəcəyini düşünür

Almanların əksəriyyəti Angela Merkelin kansler postunu vaxtından əvvəl tərk edəcəyini düşünür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu nəticə "Civey" sosiologiya institutunun "t-online.de" xəbər portalının sifarişi ilə keçirdiyi internet-sorğuda əksini tapıb.

Sorğunun nəticələri sentyabrın 27-də, Merkelin yaxın silahdaşı Folker Kauderin bundestaqdakı mühafizəkar XDİ/XSİ fraksiyasının sədri postunu tərk etməsindən bir gün sonra dərc olunub.

Merkelin kansler postunda müddəti bitənə qədər qalacağı ilə bağlı suala respondentlərin təxminən 55 faizi "əlbəttə, yox" və ya "yəqin ki, yox" cavabını verib, 37,8 faizi isə bunun əksini söyləyib.