Mövsüm xəstəliklərinə qarşı 3 güclü vasitə


Digərləri 28 Sen 2018 23:10:00 410 0

Mövsüm xəstəliklərinə qarşı 3 güclü vasitə

Payızın gəlişi ilə qrip, soyuqdəymə və digər bu kimi infeksiyalar orqanizmdə özünü göstərməyə başlayır. Bəzi insanlar hesab edirlər ki, bu problemin ən yaxşı həlli qrip əleyhinə peyvənd və ya antibiotiklərdir.

Son.az bu yazıda oxucuları bədəni mövsüm xəstəliklərindən qoruyan təbii üsullarla tanış edir.

İnqridiyentlər barədə

Limon demək olar ki, bütün növ xəstəliklərə qarşı çox güclü təsir göstərən faydalı inqridiyentdir. Niyə? Çünki antibakterial xassələrə malik olan limon viruslarla aktiv mübarizə apararaq immuniteti gücləndirir. Limon şirəsinin tərkibindəki çoxlu sayda faydalı birləşmələr infeksiya və xəstəliklərə qarşı olduqca faydalıdır.

İstiotda olan aktiv komponent (piperin) qara istiota xüsusi dad verir. Onun tərkibi dəmir, kalium, kalsium, maqnezium, manqan, sink, xrom, eləcə də A və C vitamini, həmçinin digər faydalı maddələr ehtiva edir.

Duz insanın sağlamlığı baxımından çox əhəmiyyətlidir. Çünki bədən mayesinin təzyiqini tənzimləmək üçün Natrium mineralı lazımlıdır. Əsl duz həm də rafinə olunmamış duz adlanır. Rafinə edilməmiş duz orqanizmə detoksikasiya təsir göstərir və həzmdə kömək edir.

Müxtəlif tədqiqatlar göstərib ki, bu güclü inqridiyentlərin birləşməsi insan orqanında qrip və digər infeksiyalara qarşı son dərəcə təsirlidir.

Soyuqdəyməni xalq təbabəti ilə müalicə edən üsulları təqdim edirik:

Angina

İnqridiyentlər: Limon şirəsi, bir çimdik duz və bir çimdik qara istiot.

Hazırlanması: Bu inqridiyentləri qarışdırıb qarqara edin. Boğazda ağrılarının müalicəsi üçün az miqdarda sirkə istifadə edə bilərsiniz.

Burun tutulması

Bunun üçün eyni miqdarda qara istiot, darçın, zirə və hili qarışdırın. Toz halında olan qarışığı burnunuza yaxınlaşdırıb nəfəs alın. Nəticəyə təəccüb edəcəksiniz.

Öd kisəsində daşlar

Sadəcə zeytun yağı ilə limon şirəsini qarışdırıb için. Bu qarışıq öd kisəsindən daşların xaric edilməsi üçün çox faydalıdır.