Göygöldə 25 ədəd zenittop mərmisi tapıldı


Digərləri 28 Sen 2018 20:40:00 275 0

Göygöldə 25 ədəd zenittop mərmisi tapıldı

Göygöl rayonunda keçmiş heyvandarlıq sovxozunun ərazisində 25 ədəd 30 mm-lik zenit-top mərmisi (OFZ) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 17:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonunda keçmiş heyvandarlıq sovxozunun ərazisində xeyli sayda partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar