İtkin düşən kişinin meyiti tapılıb Bərdədə


Digərləri 28 Sen 2018 18:36:00 286 0

İtkin düşən kişinin meyiti tapılıb  Bərdədə

Bərdə rayonunda itkin düşən şəxsin meyiti aşkarlanıb.

Son.az report-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl itkin düşən Bərdə rayon sakini 63 yaşlı Razim Hacıyevin meyiti Qarabağ su kanalından tapılıb.

Meyiti yaxınlıqda yaşayan sakinlər aşkar edib.

Yaxınlarının sözlərinə görə R.Hacıyev sentyabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu səbəbdən də rayon polis şöbəsinə müraciət olunub.