Bu payız çoxlu boyunbağı taxmaq dəbdədir –


Digərləri 28 Sen 2018 18:16:00 1048 0

Bu payız çoxlu boyunbağı taxmaq dəbdədir –

Asma boyunbağılar və ya zəncir kolyelər bu mövsüm komplekt şəklində xüsusilə aktualdır.

Son.az publika-ya istinadən xəbər verir ki, bütün yay boyu modapərəstlərin boynundan çıxmayan boyunbağılar payız aylarında da dəbdə olmağa davam edəcək. Dondurucu soyuqlar hələ düşməyib, hava imkan verir ki, şərf olmadan küçəyə çıxaq. Odur ki, bu fürsətdən istifadə edin və öz sevdiyiniz bəzək əşyalarını nümayiş etdirin.

Məsələn, fəşn blogerlərdən ilham alaraq bir neçə nazik kolyeni asma boyunbağı ilə birlikdə taxıb payız dəstini zənginləşdirmək olar. Küçə stili xronikalarının qəhrəmanları kulonu qəpik pulları xatırladan kolyeləri və barokko mirvariləri bir-biri ilə uzlaşdıraraq effektli obraz yaradır.