Polo üzrə Avropa çempionatında Azərbaycan millisi finala yüksəlib (FOTO)


Digərləri 28 Sen 2018 17:52:16 277 0

Polo üzrə Avropa çempionatında Azərbaycan millisi finala yüksəlib (FOTO)

İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatında bu gün 4-cü turun oyunları keçirilib.

Bakı. Samir Əli - İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatında bu gün 4-cü turun oyunları keçirilib. Trend-in məlumatına görə, çempionatın 4-cü turunda “A” qrupunun liderləri – Azərbaycan və İrlandiya milliləri görüşüblər. Bu qarşılaşmaya qədər hər iki komanda 3 qələbə qazanaraq turnir cədvəlinin 1-ci və 2-ci pillələrini bölüşürdülər. Hazırki Avropa çempionu olan İrlandiya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş bütün azarkeşlərə həyacan dolu dəqiqələr yaşadıb. Güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 5:3,5 hesabı ilə məğlub edərək Azərbaycan atçılıq idmanı tarixində ilk dəfə olaraq Avropa çempionatının finalına yüksəliblər. Mübarizəni Avropa birinciliyinin bürünc medalları uğrunda davam etdirmək məcburiyyətində qalan İrlandiya yığması ilə qarşılaşmada idmançılarımızdan Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.