İran Netanyahunun “Turquzabad kəndi” iddiasına maraqlı cavab verib


Dünya 28 Sen 2018 17:48:00 372 0

İran Netanyahunun “Turquzabad kəndi” iddiasına maraqlı cavab verib

Benyamin Netanyahu ötən gün BMT toplantısındakı çıxında iddia edib ki, İranın Turquzabad kəndində nüvə anbarı var. İran rəsmilərinin buna cavabı maraqlı olub.

Son.az salamnews-a istinadən xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi Benyamin Netanyahunun ötəngünkü səhnəciyi və burada dilinə gətirdiyi "Turquzabad kəndi" iddiasına maraqlı cavab verib.

Abbas Əraqçi gülərək bildirib ki, İsrail daxilində kimlərsə onu lağa qoyur və onu istehzaya götürüb.

"Həqiqətən də bu dəfə düşünürəm ki, kimlərsə (belə iddialarla çıxış etməyi ona təklif etməklə) Netanyahunu lağa qoyurlar. Bu dəfə onu Turquzabada kəndinə istiqamətləndiriblər. Fikirləşirəm ki bəziləri onu məsxərəyə qoyur" deyə Əraqçı və onun əməkdaşı Cavad Zərif istehzalı gülüşlə jurnalistin sualına münasibət bildiriblər.


Xəbərə aid video