Xaçmazda regional seminar keçirilib


Digərləri 28 Sen 2018 17:04:00 245 0

Xaçmazda regional seminar keçirilib

Xaçmazda "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün yerli dövlət-özəl sektor əməkdaşlığı" mövzusunda regional seminar keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə Xaçmazda "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün yerli dövlət-özəl sektor əməkdaşlığı" mövzusunda regional seminar keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verərək, ərzaq, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və kənd yerlərinin inkişafı sahələri üzrə həyata keçirilmiş tədbirlərin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lərin) icrasının təmin olunmasında və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir müavini ölkəmizin qlobal əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə danışıb.