Qazaxdakı ölümə görə yüksək rütbəli polis əməkdaşı


Digərləri 28 Sen 2018 15:33:00 310 0

Qazaxdakı ölümə görə yüksək rütbəli polis əməkdaşı

Baş Prokurorluq Qazaxdakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.