"Kişilər gəlib evimdə qadın paltarı geyir, köləm olurlar"


Digərləri 28 Sen 2018 15:05:00 314 0

"Kişilər gəlib evimdə qadın paltarı geyir, köləm olurlar"

Kişilər evimə gəlir, burada ən gizli fantaziyalarını reallaşdırırlar. Evimi yığışdırır, mətbəxi səliqəyə salırlar. Bu da seksin bir növüdür.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 40 və 39 yaşlı iki qızı, 4 nəvəsi olan 67 yaşlı Şerri Leverin dediyinə görə, həyatını tam dəyişib.

İndi daha maraqlı, macəralı və dolu həyat yaşadığını vurğulayan Şerri müştəriləri olan kişilər üçün "Mistress Sophia"dır.

Onillər boyu aşpaz işləmiş Şerri "dominant qadın" rolunu oynayır.

Suindon şəhərində yaşayan Şerri Leverin dediyinə görə, təqaüdə çıxandan sonra işsiz, üstəlik də maddi sıxıntı içində idi.

"Təqaüdüm yaşamıma çatmırdı. Heç kommunal xərcləri ödəməyə də bəs etmirdi. İşləməyə qərar verdim. Çox axtardım, aradım, bir nəticə hasil olmadı. Sonucda tanışlıq saytlarından birində, yəni "telefonla seks" xidmətində operator işləməyə başladım. Gələn zənglərə cavab verirdim. Qızlarım işimi təqdir etdilər", - Şerri söyləyib.

Lakin bu işin darıxdırıcı, ən başlacası isə çox az pullu olduğunu anlayanda Şerri müştərilərindən birinə gizlicə telefonunu deyir.

Həmin kişi axşam saatlarında Şerrinin evinə gəlir.