“Altın Kelebek”də Azərbaycanı kim təmsil edəcək?


Şou-biznes 28 Sen 2018 12:37:00 310 0

“Altın Kelebek”də Azərbaycanı kim təmsil edəcək?

45-ci dəfə keçirilməsi planlaşdırılan "Altın Kelebek" mükafatlarının namizədləri açıqlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 38 nominasiya üzrə verilən mükafatlarda namizədlərin adı layihənin saytında yer alıb.

Ancaq burada diqqət çəkən məqam isə 37 nominasiya üzrə yarışanların adının bəlli olması, "Azərbaycanda ilin qadın müğənnisi" nominasiyası üzrə isə namizədin bəlli olmamasıdır.

Belə ki, həmin nominasiyada ad hissəsi boşdur. İstədiyiniz müğənninin adını yazaraq "Altın Kelebek"ə namizəd olma şansı verə bilərsiniz.

Qeyd edək ki, təklif olunan namizədlərdən beş nəfər finala qalacaq və mükafatlandırma günü qalib təyin olunacaq.