Külli miqdarda narkotik aşkar edildi


Digərləri 28 Sen 2018 12:05:00 217 0

Külli miqdarda narkotik aşkar edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynovun həyətyanı sahəsindən çəkisi 1 kiloqram 150 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Biləcəri qəsəbə sakini Aynur Həsənovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq heroin, metamfetamin, həmçinin 1 ədəd pnevmatik tapança və tərəzi aşkar edilərək götürülüb.