İstanbulda artıq 4 gündür dəniz reysləri dayanıb - SƏBƏB?


Digərləri 28 Sen 2018 11:28:35 208 0

İstanbulda artıq 4 gündür dəniz reysləri dayanıb - SƏBƏB?

İstanbulda dəniz reysləri artıq dördüncü gündür ki, təxirə salınıb.

Bakı. Rufiz Hafizoğlu - İstanbulda dəniz reysləri artıq dördüncü gündür ki, təxirə salınıb. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə Təşkilatından bildiriblər. Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin bu gün günboyu davam edəcəyini proqnozlaşdırıblar.