"6 nəfər vəzifədən azad olunub, 5 nəfər isə prokurorluq orqanlarından xaric edilib"


Digərləri 28 Sen 2018 10:12:00 274 0

"6 nəfər vəzifədən azad olunub, 5 nəfər isə prokurorluq orqanlarından xaric edilib"

Ötən ilin 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad edilib, 5 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov deyib.

O qeyd edib ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqaməti olduğundan bu sahədə görülən işlərin səmərəliliyinin və effektivliyinin artırılması məsələlərinə xüsusi önəm verilir.

Z.Qaralovun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından bu günə qədər olan dövrdə Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8604 müraciəti daxil olub ki, onlardan da 4102-si ərizə və şikayət, 4502-si isə "161-Qaynar xətt" əlaqə mərkəzi üzrə qəbul edilmiş müraciətlər olub.