Dubay turistlərin xərclədiyi vəsaitə görə dünya lideridir


Digərləri 28 Sen 2018 01:01:00 331 0

Dubay turistlərin xərclədiyi vəsaitə görə dünya lideridir

Dubay turistlərin xərclədiyi vəsaitə görə dünya lideridir. 2017-ci ildə əmirliyə səyahət edən 15,8 milyon turist 29,7 milyard dollar xərcləyib.

Son.az bildirir ki, AZƏRTAC "Mastercard" beynəlxalq ödəniş sisteminin "Global Destination Cities Index" hesabatına istinadla xəbər verir ki, hər qonaq Dubayda orta hesabla gündə 537 dollar xərcləyir. Bu göstərici Parisdə 301 dollar, Sinqapurda 286 dollar təşkil edir. Dünyanın ən çox səyahət edilən digər on şəhərində turistlərin gündəlik xərcləri orta hesabla 200 dollardır. Ən çox turist qəbul edən şəhərlərdən biri olan İstanbulda isə gündəlik xərclər çox az - orta hesabla 108 dollar təşkil edir.

Hesabatda qeyd olunur ki, turist axınına görə Dubay Banqkok, London və Parisdən sonra dördüncü yerdədir. Əmirlik bu göstəriciyə görə Nyu-York, Tokio və İstanbuldan öndədir. Reytinqdə 2009-2017-ci illərdə 18,2 faiz artımla turist axınının gücləndiyi Əbu-Dabinin də adı çəkilir.