Şəkər yeyəndə bədəndə nələr olur?


Digərləri 27 Sen 2018 23:10:00 294 0

Şəkər yeyəndə bədəndə nələr olur?

Şirin bir şey dilə dəydiyi anda, dilinizdəki dad alma tumurcuqları beyninizə birbaşa mesaj göndərir.

Beyninizin mükafat mexanizmi işə başlayır və dopamin ifraz edir.

Bu əsnada, yediyiniz şəkər mədəyə çatır və onu incə bağırsağa doğru göndərir.

Fermentlər, şəkəri qlükoza və fruktoza olmaq üzrə iki molekula təhlil edəcək formada parçalanmağa başlayır.

Son.az deyerler.org-a istinadən bildirir ki, qlükoza incə bağırsaq divarlarından qana qarışaraq, pankreasa daha çox insulin ifraz olunması üçün xəbərdarlıq edir.

İnsulin hormonu da qandakı qlükozanı alır və enerji olaraq istifadə edilmək üzrə hüceyrələrə göndərir.