Məhəmməd İngiltərə və Uelsdə ən populyar uşaq adlarından biridir


Digərləri 27 Sen 2018 22:40:00 282 0

Məhəmməd İngiltərə və Uelsdə ən populyar uşaq adlarından biridir

Məhəmməd adı İngiltərə və Uelsdə ötən il doğulan oğlan uşaqları üçün ən çox qoyulan adlar siyahısında 10-cu sırada yer alıb.

Son.az deyerler.org-a istinadən bildirir ki, Böyük Britaniyanın Milli Statistika Ofisinin (ONS) illik dərc etdiyi "İngiltərə və Uelsdə uşaq adları" məlumatlarına görə, 2017-ci ildə Məhəmməd adı 10-cu ən çox üstünlük verilən ad olub. Məlumatlara görə, 2017-ci ildə 3691 oğlan uşağına Məhəmməd adı verilib. 2007-ci ildə siyahıda 38-ci olan Məhəmməd adı, keçən il siyahıda 8-ci sırada qərar tutmuşdu.

ONS tərəfindən verilən məlumatlara görə, bir neçə fərqli yazılışda istifadə edilən Məhəmməd adı, London, Qərbi Midlends və Yorkşirdə isə siyahının birinci sırasında qərar tutub.