Dustaqlar üçün telefon necə keçirilir?


Digərləri 27 Sen 2018 22:35:00 265 0

Dustaqlar üçün telefon necə keçirilir?

2017-ci ilin oktyabrında Lənkərandan məhkəmədən Bakıya qaytarılarkən qatardan qaçmış dustaq Etibar Məmmədov təcridxanada saxlansa da, istədiyi adamlarla istədiyi vaxt mobil telefonla danışırmış. Hər halda, dustaqların qaçmasıyla bağlı keçirilən məhkəmə prosesində elan edilən cinayət işinin materiallarından bu məlum olur.

Bu materiallara görə "Qoca" ləqəbli Etibar Məmmədov gecə saatlarında müğənni Fədayə Məmmədova (Laçın) ilə birdəfəyə, hətta bir saatdan artıq telefonla danışıb. İndi məhkəmə Etibar Məmmədovun bu imkanı necə əldə etdiyini araşdırır.

Sentyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən iclasda hakim bildirib ki, 1 saylı Bakı istintaq Təcridxanasına sorğu göndəriləcək.

Təcridxana rəhbərliyi cavab verməlidir ki, dustağa mobil telefonu kim və necə çatdırıb? Necə olub ki, dustaq aylarla mobil telefondan istifadə edib, nəzarətçilərin bundan xəbəri olmayıb?

Bu cinayət işilə əlaqədar istintaq vaxtı prokurorluqda dindirilmiş bəzi adamlar məhkəməyə gəlməkdən imtina edirlər. Onların haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə oktyabrın 3-də davam edəcək.

Xatırlatma