Qohumların toy macəraları dəmir barmaqlıqlar arasında başa çatıb FOTO


Digərləri 27 Sen 2018 22:37:00 223 0

Qohumların toy macəraları dəmir barmaqlıqlar arasında başa çatıb  FOTO

Tovuz rayon polisi mənzillərin qarət edilməsində şübhəli bilinən iki fərasətli yaxın qohumu saxlayıb. Onlar həmin vaxt kənddə toyun olmasından istifadə edərək öz cinayət əməllərini həyata keçiriblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumatı Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.

Tovuz RPŞ-nin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Öysüzlü kəndinin 27 yaşlı sakini Anar Cəfərli və onun 29 yaşlı qohumu Eşqin Hüseynov saxlanılıb. Bu gün istintaq altı mənzilin qarətində onların əlinin olduğunu sübuta yetirib. Həmin oğurluq hadisələrinin hamısı 2018-ci ilin aprel-sentyabr ayları ərzində baş verib.

Belə ki, aprelin 28-də yerli sakinin evindən 296 manat pul və 1,5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bundan sonra daha beş ev qarət edilib. Ümumilikdə bu evlərdən 6,115 manat, 5,550 ABŞ dolları, 70 min rus rublu və 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Oğurlanmış əşyaların bir hissəsini asayiş keşikçiləri əşyayi-dəlil kimi götürüblər.

Bununla belə, məlum olub ki, qohumlar oğurluq edəcəkləri yerə öz avtomobilləri ilə gediblər. Apreldə baş verən oğurluğun araşdırılması zamanı şahidlərdən biri deyib ki, cinayət baş verən gün qarət edilmiş evin yaxınlığında üstündə taksi "fənəri" olan maşını görüb. Asayiş keşikçiləri həmin maşını tapıblar, lakin sürücünün cinayətdə iştirakını sübut edə bilməyiblər.


Xəbərə aid fotolar