İmam Səccadın Kərbəladan sonra iki hədəfi


Digərləri 27 Sen 2018 21:45:00 291 0

İmam Səccadın Kərbəladan sonra iki hədəfi

İmam Səccadın (ə) Aşura hadisəsi zamanı iki hədəfi olmuşdur: birincisi atasının qiyamınından sonra əldə olunanları qorumaq. Çünki bu qiyamın hədəfini təhrif etmək istəyənlərin sayı az deyildi. İkincisi isə Həzrət Muhəmməd (s) dinini yaymaq idi. Ona görə də İmam (ə)  dua şəklində İslam maarifini yaymağa və mübarizə qüvvəsini gücləndirməyə çalışmışdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı. Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları sünnətə qayıtmağa dəvət etmişdilər.

Misal üçün, İmamın (ə) Dəməşq məscidində Yezidin (lən) yanında dediyi xütbə, Əbu Süfyan (lən) nəslinin canına atəş salmışdı.

İmam (ə) əvvəl özünü və nəslini tanıtmış və sonra ata-babasının hədəfləri barəsində o qədər danışmışdı ki, insanlar ağlamışdılar. Yezid (lən) bu səhnəni müşahidə edən zaman təhlükə hiss edir və azan deyənə əmr verir ki, azan oxusun. Azan deyən cəddinin adını çəkən zaman, İmam (ə) üzünü lənətlik Yezidə çevirib buyurur: "Ey Yezid! Bu Muhəmməd (s) - mənim cəddimdir, yoxsa sənin? Əgər iddia etsən ki, sənin cəddindir, yalan demiş olacaqsan. Əgər desən ki, mənim cəddimdir, bəs niyə nəslini qətl etdin?".