Goranboyda yol qəzası baş verib,


Digərləri 27 Sen 2018 21:47:00 332 0

Goranboyda yol qəzası baş verib,

Goranboy rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Goranboy-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Goranboy rayon Qızılhacılı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Əli oğlu Rüstəmov ağır bədən xəsarəti alıb. Yaralı öncə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.