Valideynlər müəllimlərdən narazıdır Əlavə


Digərləri 27 Sen 2018 21:21:00 199 0

Valideynlər müəllimlərdən narazıdır  Əlavə

Orta məktəblərdə əsas dərsliklərlə yanaşı, şagirdlərə yardımçı dərs vəsaitlərindən də müxtəlif tapşırıqlar verilir. Valideynlər iddia edirlər ki, onlar əlavə dərs vəsaitlərini almağa məcbur edilir. İldən-ilə yenilənən nəşrlərdə isə ciddi dəyişikliklər olmur. Buna rəğmən hər il məhz yeni nəşri almaq tapşırılır. Bu isə valideynlərə maddi cəhətdən sərf etmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, valideynlər iddia edir ki, müəllimlər həmin vəsaitləri hər il alınmasını mütləq tapşırırlar. Əlavə dərs vəsaitləri ildən-ilə yenilənsə də, məzmunda və içərisindəki tapşırıqlarda ciddi fərqlər olmur. Valideynləri narazı salan da odur ki, ciddi dəyişikliklər olmasa da, hər il məhz yeni nəşrin alınması tapşırılır.

Həmin vəsaitləri almaq mütləq şəkildə tapşırıldığına görə, satıcılar deyir ki, gündən-günə sifarişlər çoxalır.

Satıcılar əlavə dərs vəsaitlərini müxtəlif qiymətlərə təklif edirlər.

Valideynlərin sözlərinə görə, bir neçə fənn üzrə əlavə dərs vəsaiti almaq məcburiyyətində qaldıqlarından və ötən ilki nəşrləri istifadə edə bilmədiklərindən, bu, onlara maddi cəhətdən sərf etmir.