İmam Zaman ağanın qiyamında iştirak edəcək mələklər


Digərləri 27 Sen 2018 21:20:00 214 0

İmam Zaman ağanın qiyamında iştirak edəcək mələklər

Əban ibni Təğəllüb nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: "Sanki Qaimi (ə.f) Kufənin arxasında görürəm ki, orada qərar tutmuşdur. Alnı ağ olan ağ və qara rəngli ata minmişdir. Sonra at cuşa gəlir. Elə bir şəhər qalmır ki, sakinləri güman etməsin ki, o, onların şəhərindədir.

Son.az deyerler.org-a istinadən bildirir ki, o zaman ki, o, Peyğəmbərin (s) bayrağını dalğalandıracaqdır, 300 min mələk ona tərəf gələcəkdir ki, hamısı Qaimin (ə.f) intizarını çəkirdilər. Onlar, Nuhun (ə) gəmisində onunla birlikdə olanlar kimidirlər. İbrahimlə (ə) atəşə düşən kimidirlər. İsa (ə) ilə səmaya qaldırılmışlar kimidirlər.

İmam Hüseynlə (ə) birlikdə vuruşmaq istəyən, ancaq icazə almayan 4 min mələk də yerə enər. Onlar Aşura günü icazə almaq üçün səmaya qalxıb geri qayıdanda görürlər ki, İmamı (ə) şəhid ediblər. Onlar Qiyamətə qədər pərişan halda İmamın (ə) qəbri yanında ağlayarlar.