İnam Kərimov :Azərbaycanda ət təminatı 90% ə yaxındır VİDEO


Digərləri 27 Sen 2018 21:09:00 288 0

İnam Kərimov :Azərbaycanda ət təminatı 90% ə yaxındır  VİDEO

Yaxın vaxtlarda ölkənin ətə olan tələbatı daxili istehsal hesabına tam ödəniləcək. Hətta ətin ixracı da mümkün olacaq. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir həmçininUcarda tikilən pambıq istehsalı zavodundakı son vəziyyətdən və arıçılara verilən subsidiyalardan da danışıb.

Ölkənin ətə olan tələbatının 90 faizi daxili istehsal hesabına ödənilir...

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir bildirib ki, hazırda tələbatı tam təmin etmək üçün heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanır.

İnam Kərimov Ucarda tikilən pambıq istehsalı zavodundakı son vəziyyətdən də danışıb. Qeyd edib ki, zavod üç hissədən ibarətdir və birinci hissədə işlər başa çatıb.