İsrail Colan təpəsindəki keçid məntəqəsini açmağa hazırdır


Dünya 27 Sen 2018 19:44:00 216 0

İsrail Colan təpəsindəki keçid məntəqəsini açmağa hazırdır

İsrail Colan təpələrinin Suriyanın nəzarəti altında olan hissəsinə getmək üçün buradakı sərhəd-keçid məntəqəsini yenidən açmağa hazırdır.

Son.az Azvision.az-a istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Aviqdor Liberman Kuneytra sərhəd-keçid məntəqəsinin İsrail tərəfindən nəzarət olunan hissəsinə baş çəkərkən belə deyib. Onun sözlərinə görə, Suriya hökumətinin üsyançılar üzərində qələbə çalaraq ölkənin cənub-qərbinə nəzarəti ələ keçirməsi həmin bölgədə sabitlik yaratdığından, İsrail Colan təpələrindəki keçid məntəqəsini aça bilər.