Tibbi-sosial ekspertiza və həkim-məsləhət komissiyaları ilə bağlı regional müşavirə keçirilib (FOTO)


Digərləri 27 Sen 2018 16:44:00 305 0

Tibbi-sosial ekspertiza və həkim-məsləhət komissiyaları ilə bağlı regional müşavirə keçirilib (FOTO)

Quba şəhərində keçirilən regional müşavirədə Tibbi-sosial ekspertiza və və həkim-məsləhət komissiyalarının birgə fəaliyyəti təhlil edilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə Quba şəhərində keçirilən regional müşavirədə Tibbi-sosial ekspertiza və və həkim-məsləhət komissiyalarının birgə fəaliyyəti təhlil edilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə fiziki məhdudiyyətli vətəndaşların tibbi müayinəsi və müalicəsi işləri təkmilləşdirilməkdədir. Nazir müavini əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində davamlı işlərin görüldüyünü diqqətə çatdırıb. Bu istiqamətdə ƏƏSMN ilə Səhiyyə Nazirliyinin İşçi Qruplarının fəaliyyət göstərdiyini deyən R.Əliyev əlilliyin qiymətləndirilməsi prosesində baş verən nöqsanların tam aradan qaldırılması üçün araşdırmaların davam edəcəyini bildirib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Hidayət Abdullayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması, süründürməçilik hallarının aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğu göstəricisinin artırılması, eləcə də əlillik təyinatlarında ünvanlığın təmin olunması prioritet hədəflər kimi müəyyənləşdirilib. Bununla bağlı olaraq ƏƏSMN-də yaradılmış İşçi Qrup tərəfindən 2018-ci ilin ötən dövrü ərzində aparılmış əlillik təyinatlarının təhlili aparılıb və əlillik təyinatında kəskin artım müşahidə olunan risk qrupu xəstəliklər araşdırılıb. Araşdırmanın nəticələrinə görə risk qrupu xəstəliklər üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış əlillik dərəcələri daha aşağı dərəcə ilə əvəz edilib və ya ləğv edilib.