72 yaşlı Ajda Pekkan niyə qocalmır?


Digərləri 27 Sen 2018 16:00:00 342 0

72 yaşlı Ajda Pekkan niyə qocalmır?

Deyirlər ki, qadının 3 cür yaşı olur. Biri həqiqi yaşı, biri görünən yaşı, digəri isə özünə verdiyi yaşı. İllərə meydan oxuyan Ajda Pekkana nə özü, nə də pərəstişkarları həqiqi yaşı verə bilər. Türkiyəli ulduz 72 yaşı olmasına baxmayaraq, bu yaxınlarda çimərlik geyimin şəkillərini paylaşaraq gənc və qüsursuz bədəni ilə hər kəsi bir daha təəccübləndirməyi bacardı.

Son.az publika-ya istinadən xəbər verir ki,  bu yazıda oxucuları sənətçinin gözəllik sirləri ilə tanış edir:

Görüntüsü, enerjisiylə gənc qızları kölgədə qoyan ulduz gənclik sirrini düzgün qidalanmasına borcludur. Buna "Süper star" və ya Ajda Pekkan pəhrizi deyilir? Sağlamlığını və gözəlliyini qorumaq üçün qidalanmasına maksimum diqqət göstərən məşhurun pəhrizini Ender Saraç hazırlayıb. Məşhur dietoloq uzun illərdir ki, ulduzun qidalanma rejimini diqqətdə saxlayır.

"Süperstar pəhrizi" adı verilən bəslənmə proqramına bol miqdarda yağsız ağ zülal (ət), mineral su və yaşıl çay daxildir. Həmçinin Pekkanın şəfalı bitkilərdən hazırlanan təbii həblər istifadə etdiyini və sintetik heç bir şeyi həyatına daxil etmədiyini vurğulayıb.

Ender Saraçın sözlərinə görə, Ajda Pekkanın qidalanma proqramı digər pəhrizlərdən kəskin fərqlənir:

"Sadəcə iki qoz və bir almadan ibarət deyil, bütöv bir sistemdir. Bu, bir paket proqramdır. Məşqlər, masajlar, bitkilərdən hazırlanan təbii həblər, zərdablar, vitaminlər, bitki və ədviyyat çayları pəhrizə daxil edilir. Tamamilə təbiidir. Sintetik və kimyəvi heç nə istifadə etmir.

Fikir versəniz, görərsiniz ki, son 2 ildə Ajdanın bədən quruluşu və təbii gözəlliyi ön plana çıxıb. Əslində çox arıqlamayıb. Amma bədənini formaya salıb, daha çox yağ yandırıb keyfiyyətli, toxumaları qoruyub və sayını artırıb. Xüsusilə qarın və bel ətrafındakı yağları azaldıb.

Proqramın əsas özəlliyi bədən yaşını gəncləşdirməkdir. Son konsertlərində müzakirə edilən ideal ayaqları da bu sistemin əsəridir. Ayaqlarında heç bir cərrahi və ya kimyəvi müdaxilə yoxdur. Bu görüntü doğru, təbii və düzgün qidalanmanın nəticəsidir".

Şokolad yeyir

Ajda Pekkan qidalanması haqqında bunları deyib: "Əslində şirniyyatı çox sevirəm. Şirniyyat istədikdə tünd şokolad yeyirəm. Hər səhər bir stəkan süd, yulaf əzməsi, darçın və bal yeyirəm. Səhərlər yaşıl çay içirəm. Bir də ilıq suya yarım xörək qaşığı doşab və limon sıxaraq hazırladığım qarışığı içirəm".

Səhər yeməyi çox mühümdür


Xəbərə aid fotolar