Azərbaycan və Fransa arxeoloqlarının birgə tədqiqatlarına dair sərgi keçiriləcək


Digərləri 27 Sen 2018 15:27:26 213 0

Azərbaycan və Fransa arxeoloqlarının birgə tədqiqatlarına dair sərgi keçiriləcək

Sərgi Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının 10 ilinin tamam olması münasibətilə keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Fransanın Azərbaycandakı səfirliyinin, AMEA Rəyasət Heyətinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə hər iki ölkə arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi təşkil ediləcək. Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, yaxın zamanlarda təşkili planlaşdırılan sərgi Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının 10 ilinin tamam olması münasibətilə keçiriləcək. Sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının apardığı birgə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün mühüm əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdiriləcək.