Rusiya Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsinin qısa zamanda həllinin tərəfdarıdır


Digərləri 27 Sen 2018 14:20:00 267 0

Rusiya Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsinin qısa zamanda həllinin tərəfdarıdır

Rusiya hökuməti "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yük daşımalarının artırılması üçün Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsini mümkün qədər qısa zamanda həll etməyə çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Nəqliyyat və tranzit daşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi" mövzusunda dəyirmi masa zamanı Rusiya prezidentinin köməkçisi İqor Levitin deyib.

O bildirib: "Şimal-Cənub" dəhlizi hissə-hissə işləyə bilməz. Onu da qeyd edim ki, biz buraxılış məntəqələrinin, gömrük, sərhəd xidmətlərinin işini təkmilləşdirməliyik. Rəqəmsallaşma işləri üzrə də səyləri birləşdirmək lazımdır. "Şimal-Cənub" dəhlizi üzrə vahid rəqəmsal qaimə yaratmaq lazımdır".