Elmar Məmmədyarov Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


Digərləri 27 Sen 2018 12:30:00 212 0

Elmar Məmmədyarov Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib.

Bakı. Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib. XİN-dən Trend-ə verilən məlumata görə, tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqə Qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin