Bakıda və digər bölgələrdə 4ə yaxın yeni İslam kolleci yaradılacaq


Digərləri 27 Sen 2018 12:15:00 273 0

Bakıda və digər bölgələrdə 4ə yaxın yeni İslam kolleci yaradılacaq

Bakıda və digər bölgələrdə 4-ə yaxın yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır.

Onun sözlərinə görə, işlər başa çatdıqdan sonra kolleclər İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcək:

"Kolleclərdə oxuyub təhsilini uğurla başa vuran tələbələr növbəti mərhələdə İlahiyyat İnstitutunda tədrisini davam etdirəcəklər".