Şamaxıda kənd təsərrüfatı və turizmə təkan verəcək yolun yenidən qurulması yekunlaşır FOTO


Digərləri 27 Sen 2018 11:35:00 297 0

Şamaxıda kənd təsərrüfatı və turizmə təkan verəcək yolun yenidən qurulması yekunlaşır  FOTO

Yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

16 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 m hərəkət hissə və 2 m çiyinlər də daxil 10 m enində tikilir. Bunun üçün ərazidə 190 min kub.m həcmdə torpaq işləri görülüb, yararlı çınqıl materialı tökülərək kipləşdirilib və yeni yol yatağı inşa olunub.

Torpaq işlərindən əlavə yol boyu yeni suötürücü dəmir-beton boruların tikintisinə də ehtiyac var idi. Bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb.


Xəbərə aid fotolar